May 30, 2020 16:04 Asia/Baku
  • ABŞ-ın ÜST-dən çıxmasının təfərrüatı

ABŞ prezidenti ölkəsinin ÜST-dən çıxdığını və bu təşkilatla bütün əlaqələrini kəsdiyini elan edib.

SəhərAzəri "Frans Press" xəbər agentliyinin verdiyi mölumata görə bildirir, cümə günü ölkəsinin rəsmən Ümumdünya Səhiyyə Təşkilatından çıxdığını elan edən ABŞ prezidenti Donald Tramp deyib ki, onlar lazımi islahatları həyata keçirə bilmədikləri üçün bu təşkilatla bütün əlaqələrimizi dayandıracağıq. 

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Trampın  ÜST-nı tərk etməyə dair qərarını pisləyərək, onun bu qərarını mənasız adlandırıb.

ABŞ prezidenti 2020-ci il mayın 19-da beynəlxalq müqavilələr və qurumlardan çıxma seriyasının davamında, Ümumdünya Səhiyyə Təşkilatını Cin qarşısında hərəkət müstəqilliyinə malik olmamaqda ittiham edərək, ABŞ-ın bu beynəlxalq təşkilatdakı üzvlüyünü ləğv edəcəyilə hədələmişdi.

D.Tramp bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yayılmasına reaksiya verməkdən aciz qaldığını elan etmişdi.

Donald Tramp həmçinin, BMT-yə bağlı olan ÜST-ni Çinin tərəfini saxlamaqda günahlandırıb və deyib ki, bu təşkilat koronavirusun episentri olan Çinin Uhan şəhərində baş verənlər barədə həqiqətləri bəyan etməyib.

Trampın fikrincə, ÜST koronavirusla bağlı yanlış məlumatlar yayıb və ABŞ-ın Çindən gələn sərnişinlərin girişinə qadağa qoymasına qarşı çıxıb.

ÜST Donald Tramp və ABŞ rəsmilərinin Çinə qarşı iddialarını məntiqsiz və elmi əsası olmayan iddialar hesab edir.

Teqlər

Şərhlər