İyun 26, 2020 02:34 Asia/Baku
  • Çində güclü zəlzələ baş verib

Çinin Sincan-Uyğur Muxtar Rayonunda 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

SəhərAzəri Trend-ə istinadla xəbər verir, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri təxminən 114 min insanın yaşadığı Xotan şəhərindən 279 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hazırda xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Teqlər

Şərhlər