Avq 03, 2020 16:39 Asia/Baku
  • İran - Səudiyyə Ərəbistanı qarşıdurması \ Region üçün ən pis ssenari

İmran Xan: Region üçün ən pis ssenari İran və Səudiyyə Ərəbistanı arasında qarşıdurmadır.

SəhərAzəri xəbər verir, Pakistanın baş naziri İran və Səudiyyə Ərəbistanı arasında birbaşa silahlı qarşıdurmanı region üçün ən pis ssenari adlandırdı.

Pakistanın baş naziri İmran Xan Əl-Cəzirə kanalına verdiyi müsahibədə İslamabadın var gücü ilə İran və Səudiyyə Ərəbistanı arasında silahlı toqquşmanın baş verməsinə mane olmağa çalışdığını və bu işdə uğur qazandığını iddia edib. 

İmran Xan Pakistanın Tehran və Ər-Riyad arasındakı vasitəçi missiyasının hələ də davam etdiyini deyərək, bu vasitəçiliyin çox yavaş irəliləyişə malik olduğunu söyləyib. 

İmran Xan daha sonra Pakistanın Türkiyə ilə əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsində maraqlı olduğunu deyib. 

Yəmən müharibəsinə də işarə edən Pakistanın baş naziri Yəmənin həqiqi bir "insan faciəsi" ilə üzləşdiyini və bu ölkənin tamamilə məhv olmaq astanasında olduğunu söyləyib. 

İmran Xan daha sonra Hindistan müsəlmanlarının durumuna işarə edərək, onların soyqırımına məruz qaldıqlarını deyib. 

Teqlər

Şərhlər