Avq 10, 2020 12:14 Asia/Baku
  • Pakistanda daşqınlar: 60-dan çox ölü

Pakistanda musson yağışları və daşqınlar nəticəsində son 3 gün ərzində 64 nəfər həlak olub.

Sahar Azari bildirir ki, ən çox itki ölkənin şimal qərbindəki Xeybər Pəhtunxah əyalətində qeydə alınıb.

Trend-in məlumatına görə,Regionda yüzlərlə ev dağılıb, küçələr su altında qalıb. Əhalinin təxliyəsi üçün hərbçilər cəlb olunub.

Ölkənin iri şəhərləri, Kəraçi və Lahorda həyat iflic olub. Nəqliyyatın hərəkəti dayanıb, iş yerləri müvəqqəti bağlanıb.

Teqlər

Şərhlər