Avq 15, 2020 12:46 Asia/Baku
  • Klinton: Tramp Ağ Evi tərk etmək niyyətində deyil

Hillari Klinton: Tramp seçkilərdə məğlub olsa belə Ağ Evi tərk etməyəcək.

Səhər Azəri bildirir ki, keçmiş dövlət katibi Hillari Klinton prezident Donald Trampın noyabr seçkilərində məğlub olacağı təqdirdə belə, xalqın iradəsinə boyun əyməyəcəyi və Ağ Evdən getməyəcəyini deyib. 

CNN kanalının məlumatına görə, 2016-cı il prezident seçkilərində Tramp qarşısında məğlub olan demokratların namizədi Hillari Klinton Trampın seçkilərin nəticəsini qəbul etməyəcəyinə dair xəbərdarlıq edib. 

Hillari Klintonun qənaətinə görə Co Bayden seçkilərdə qələbə çalsa belə, Tramp bu məğlubiyyət ilə barışmayacaq və Ağ Evdən getmək istəməyəcək.

Keçmiş dövlət katibi Trampın ABŞ-ın baş prokuroru Uilyam Barın vasitəsilə hər işə əl ata biləcəyini də qeyd edib. 

Daha öncə də analitiklər Trampın seçkilərdə məğlub olacağı təqdirdə Ağ Evdən getmək istəməyəcəyinə dair xəbərdarlıqlar ediblər. 

Teqlər

Şərhlər