Sen 17, 2020 14:06 Asia/Baku
  • Qərbi Oregan ştatında iki şəhər küll oldu

Qərbi Oregan ştatının Phoenix bölgəsində olan iki kiçik şəhər geniş vüsətli yanğın nəticəsində külə dönüb.

SəhərAzəri xəbər verir, Qərbi Oregan ştatının Phoenix bölgəsində olan iki kiçik şəhər son günlərdə meşə yanğınları nəticəsində külə dönüb. Vəziyyət ABŞ-ın qərb sahillərinin yuxarı və aşağasinda eynidir. Kaliforniyanın müxtəlif yerlərində onlarla ev yanaraq kül olub.
Los-Ancelesdə isə Bob Kat adlanan alovun bir o qədər də məhdudlaşmayıb və Uilson Dağındakı məşhur Astronomik Rəsədxanaya qədər irəliləyir.
Malumata gorə, Kaliforniya və Oregan əyalətlərində 23 min yanğınsöndürən, onlarla kütləvi meşə yanğınını söndürməklə məşğuldur. Təkcə Kaliforniyada 4 mindən çox ev yanaraq külə dönüb və on minlərlə əyalət sakini evlərini boşaltmaq məcburiyyətində qalıb. Həmçinin yanğın və tüstüdən gələn toz New Yorkdak səmasını qaranlıq və dumanlı vəziyyətə salıb. Portland, Seattle və San Fransisko şəhərləri hazırda planetdəki ən çirkli və ən pis hava keyfiyyətinə sahibdir. 
Qeyd edək ki, Oreganda bəzi yanğınlar əlverişli hava şəraitinin sayəsində azalıb, Amma payız yağışları başlamayınca ağaclar yanmağa davam edəcək; və bu həftələrlə uzun sürə bilər.

Teqlər

Şərhlər