Okt 16, 2020 14:40 Asia/Baku
  • Bayden-Tramp televiziya dueli

Demokrat partiyasının Amerika prezident seçkilərinə namizədi Co Bayden bir televiziya çıxışında Donald Tramp hökumətinin koronavirusun aradan qaldırılması metodunu tənqid atəşinə tutdu.

SəhərAzəri xəbər verir, Amerika prezident seçkilərinə respublikaçı namizəd Donald Tramp da NBC telekanalında təşkil olunmuş bu canlı söhbətdə iştirak edib.

Demokratların namizədi bu verilişdə koronavirus böhranının Tramp hökuməti tərəfindən idarə olunması barədə belə dedi: Çindəki insanları orada saxlamalı və Amerikaya gəlmələrinə yol verməməli idik.

Donald Tramp koronavirusla qarşılaşmadakı zəif fəaliyyəti barədə belə söylədi: Mən sürətlə hərəkətə keçdim, Co Bayden isə məndən iki ay geridə qalırdı.

O, Baydenin onun koronavirusla mübarizədəki fəaliyyətini tənqid etməsinə cavab olaraq, bir daha demokratların namizədini rasist adlandırdı.

Amerika prezidentinin iddiasına görə, o, Amerika Allergik və İnfeksiyon Xəstəliklər üzrə Milli İnstitutunun direktoru- Entoni Fauçinin koronavirusla mübarizəni zəruri bilməsindən iki ay öncə bu addımı atıbdır.

Teqlər

Şərhlər