Noy 22, 2020 19:17 Asia/Baku
  • İngiltərə dünyada ikinci ən böyük silah ixracatçısıdır

ABŞ və İngiltərə dünyada ən başlıca silah satıcıları, Ərəbistan isə bu silahların ən əsas alıcısıdır.

SəhərAzəri xəbər verir, Ən son statistikalar göstərir ki, İngiltərə Amerikadan sonra digər ölkələrdən önə keçərək, dünyada ikinci silah satıcısına çevrilibdir.

İndipendent qəzeti bu haqda yazır: "İngiltərə 2010-cu ildən bəri ölkələrə təqribən yüz milyard funt-sterlinq dəyərində silah satıb. Amerika keçən il dünyanın silah bazarının təqribən 47%-nə malik olub. İngiltərə isə 16%-lə ikinci yerdə durur. Rusiya on bir, Fransa isə on faizlə sonrakı yerlərdə dururlar.

İngiltərə hökuməti fəxrlə bildirir ki, bu qədər silah ixracatı ingilislər üçün nəzərəçarpacaq dərəcədə iş yeri yaradıbdır, amma silah ticarətinin tənqidçiləri onu fəxredici deyil, utancgətirici statistika hesab edirlər".

Səudiyyə Ərəbistanı İngiltərədən silah alan ən böyük alıcılardan biridir ki, bu silahlarla silah ticarəti qanunları və bütün insan haqları qaydalarının ziddinə gedərək, Yəməndə çox sayda cinayət törədibdir.

İngiltərədə silah ticarətilə müxalifət kampaniyası Ərəbistanı İngiltərə silahlarının başlıca ixracat məkanı elan və qeyd edibdir ki, Yəmənin bombalanması üçün Ərəbistana və onu müşayiət edən hökumətlərə satılmış təyyarə, raket və bombalar Yəməndə insan böhranının yaranmasında əsas paya malikdirlər; bu da BMT-nin məlumatına görə, dünyada ən böyük insan böhranına səbəb olubdur ki, dəfələrlə İngiltərədə insan haqları tərəfdarlarını və sülhsevərləri etiraz meydanına çəkib gətiribdir.

İngiltərə hökuməti təkcə ötən il əsas alıcısının Səudiyyə Ərəbistanı olduğu elan olunan müxtəlif ölkələrə, on bir milyard funt-sterlinq dəyərində bomba, raket və digər silahlar satıbdır.

Teqlər

Şərhlər