Avq 12, 2018 20:44 Asia/Baku
  • Tehranda kiçik sənaye sərgisi keçirilib
    Tehranda kiçik sənaye sərgisi keçirilib

21 mordad 12 avqust İranda kiçik sənaye günündə Tehranda bu sahənin istehsal mallarından ibarət bir sərgi öz işinə başlayıb.

İranın rəsmi təqvimində bu gün kiçik sənayeni dəstək günüdür. İslam inqilabının böyük rəhbəri tərəfindən İranda cari ilin İran istehsalına dəstək ili adlandırılmasını da nəzərə alaraq bu kimi tədbirlərin əhəmiyyəti iki qat artıb. 

Bu sərgidə müxtəlif növlu İran məhsulları nümayiş etdirilir. 

Sərgi iştirakçısı: Bizim şirkət İran şirkətidir, biz geyim istihsal edirik və bu sahədə 20 illik fəaliyyət keçmişimiz var. 

Sərgidə 1200-dən çox iranlı kiçik sənaye bölməsinin iştirakı bu kimi sənayelərin ölkədə istehsal və iş yerləri yaratmaq sahəsindəki önəmli yer tutduğunu göstərir. 

İştirakçı: Zavodumuz İranda 30 satış mərkəzi ilə, 500 nəfərə iş yeri yaradıb. Biz kastium, köynək, manto və palto istehsal edirik. İstehsalımız aylıq min ədəddən ibarətdir.  

Sərgiyə İranın sənaye, mədən və ticarət naziri də baxış keçirib. 

İranın iqtisadiyyat naziri: 

Ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsinə rəğmən ölkənin sənaye bölmələri daxili ilkin materyallar hesabına öz istehsallarını genişləndirirlər və nazirliyimiz bu məqsədi gündəliyinə daxil edib. İranlı gənclərin elmi gücü bizə fürsət yaradıb ki, sanksiyalar qarşısında dayana bilək, bizim siyasət daxili istehsalçıları ixracat istiqamətində yüz faiz dəstəkləməkdir. Həmçinin cari ilin büdcə layihəsində 1300 milyard riyal dövlətə verilib ki, ixracatı təşviq üçün bu mənbədən istifadə etsin. Mövcud bazarları qoruyub-saxlamaq və ixracat sahəsində çeşidli malların istehsalına nail olmaq nazirliyimizin məqsədlərini təşkil edir. 

İranlı istehsalçılar da öz mallarının yüksək keyfiyyətindən və məhsullarının digər ölkələrə ixracından danışırlar.