Apr 19, 2024 21:02 Asia/Baku
  • İranın sərbəst güləşi üçün dördüncü olimpiya payı Yunis İmami olimpiya payını əldə etdi

İranın yetmiş dörd kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçisi Asiya qitəsi üzrə olimpiya seçmə yarışlarının yekun görüşünə yüksəlməklə Paris-iki min iyirmi dörd olimpiya oyunlarında iştirak istiqamətində İranın dördüncü payını əldə edib.

Qırğızıstanın Bişkek şəhərində keçirilən olimpiya payı üzrə sərbəst güləş yarışlarının davamında bu gün dünya üzrə iki bürünc medal sahibi, İran nümayəndəsi Yunis İmami yarımfinal mərhələsində dünya üzrə gümüş medalçı qazaxıstanlı Nurkoca Kaypanova qalib gəlib və iki min iyirmi dörd olimpiya payını qazanıb.

İranın sərbəst güləşi bundan qabaq iki min iyirmi üçüncü il dünya çempionatı yarışlarında altmış beş, səksən altı və yüz iyirmi beş kiloqram çəki dərəcələrində olimpiya payları əldə etməyə nail olmuşdu.

 

Teqlər