Dek 03, 2018 20:49 Asia/Baku
  • İranlı mütəxəssislərin yeni uğuru
    İranlı mütəxəssislərin yeni uğuru

İranlı mütəxəssir Albert Lazar öz işinə lazer təchizatlarının təmir edilməsi ilə başlayıb.

“Bu lazer həm bir işıq qaynağı kimi, həm də bakteriyaları məhv etməklə havanın ionlaşdırılmasında istifadə edilə bilər. Dişlərin müalicəsində də ondan istifadə oluna bilər. Qəza nəticəsində yaranan yaralar və ya çənə əzələlərinin iflic olması zamanı da bu lazerdən istifadə etmək olar. Bizim əsas fəaliyyət sahəmiz sinir sistemini əhatə edir. Xüsusilə CP xəstəliyi, uşaq iflici, onurğa sütunu problemləri və göz xəstəliklərini. Əslində bizim istehsal etdiyimiz lazer aparatları digər analoqları ilə müqayisədə daha çox yararlılığa malikdir.”

“Əlaqədar orqanlardan bura baxış keçirmələrini və mövcud potensiallar ilə tanış və bu emalatxananın inkişaf etdirilməsi üçün dəstək olmalarını istəyəcəyik.”

Dərinin cavanlaşdırılması və təravətləndirilməsində istifadə edilən Hidroderm aparatı və xarici analoqu olmayan və stomatologiyada istifadə edilən lazer aparatı bu iranlı mütəxəssisin  əməyinin bəhrəsidir.