İyul 04, 2019 21:49 Asia/Baku
  • “İstehsala rövnəq” ilində Muğan çölündə saflor bitkisi əkilir
    “İstehsala rövnəq” ilində Muğan çölündə saflor bitkisi əkilir

Saflor bitkisi yağ dənələrindən hesab olunur ki, ötən ildən Muğan çölündə, Pars əkin və sənaye şirkətinin tarlalarında onun ilk əkininə başlanıbdır.

Azərilər arasında “fətir gülü” adlandırılan saflor bitkisi yerli İran bitkisidir. Qədim zamanlardan bəri ondan boyakarlıqda, fətirin bəzədilməsində, həmçinin dərman bitkisi kimi istifadə olunurdu. Amma bu gün günəbaxanın kiçik dənələrinə bənzəyən və ağ rəngdə olan saflor bitkisi toxumunun hər bir kilosundan 35 faiz yağ alınır ki, bu yağ omeqa-6 turşularına malik olduğuna görə, bədən üçün, xüsusən piyin əridilməsi üçün son dərəcə faydalıdır.

Müsahibə(kişi): Gələcək planlarda nəzərdə tutulub ki, qış rapsı kimi digər yağ dənələri toxumlarının istehsalının kənarında saflor bitkisinin toxumunu da istehal edərək, əknçilərə təhvil verək. Saflor bitkisində yağ dənələri kimi istehsal edilən dənələrin istehsalından əlavə, gülün ləçəklərindən də təbii boya dənələri kimi istifadə etmək olar. Və bu növ məhsul da xoşbəxtlikdən, soyuğa və quraqlığa davamlı növlərdəndir və ondan taxılı əvəz edə biləcək məhsul kimi istifadə oluna bilər.

“İstehsala rövnəq” ilinə əsasən, 450 ton qış rapsı toxumunun kənarında 200 ton saflor bitkisi toxumunun istehsalı ilə bu il Pars əkin və sənaye şirkəti yağ dənələri toxumlarının istehsalında daha möhkəm addım atıbdır.