Okt 05, 2019 20:24 Asia/Baku
  • İranın voleybol komandasının ikinci qələbəsi
    İranın voleybol komandasının ikinci qələbəsi

İranın milli voleybol komandası 2019-cü il dünya çempionatı yarışlarında öz dördüncü görüşündə Avstraliya komandasını məğlub edib.

İranlı voleybolçular Rusiya və Misir yığmalarına məğlub olduqdan sonra dünən ilk qələbəsini Kanada üzərində qazanıblar.

İranın voleybol komandası iki qələbə və iki məğlubyyətlə yeddinci pillədə durur.

Kişilərin voleybol üzrə 14-cü dünya çempionatı İran, Braziliya, Polşa, ABŞ, Misir, Yaponiya, Argentina, Rusiya, İtaliya, Kanada, Avstraliya və Tunis yığmaları tərəfindən oktyabrın birindən 15-dək Yaponiyada keçirilir.