Okt 07, 2019 07:44 Asia/Baku
  • Məktəbli meymunlar
    Məktəbli meymunlar

Malayziyadakı əməkdaşımız oranqutanqların adasına gedib, onların duzlu hərəkətləri barədə reportaj hazırlayarkən həm də bu yolla turist cəzb etmək metodlarını da nəzərdən keçirib

Məktəbli meymunlar Tailandda əsas turizm cazibədarlıqlarından birinə çevriliblər.

Tailandda gənc meymunlar məktəbə gedir, ədədləri öyrənməklə yanaşı, kokos qozunu necə dərməyi, bəzi idman hərəkətlərini və bir çox cəzbedici və əyləndirici oyunları öyrənirlər.

Bu meymunlar  iki il müddətində təlim aldıqdan sonra məharətli sənətkarlara və fəhlələrə çevrilirlər və hündür kokos palmasından kokos dərə bilirlər.

SAMFON SİXO – MƏŞQÇİ  : " Hər il 40 meymuna təlim keçiririk, onlar insanla müqayisədə ən qısa zamanda ən çox kokos dərirlər."

Oranqutanqlar xəstəxanası eyni adda olan adada Malayziyanın paytaxtının 400 kilometrliyində yerləşir, burada oranqutanqların körpələri saxlanılır.

Bura dünyada oranqutanqların nəslini qoruyan ən fərqli xəstəxanadır.

Dünyada bu növ oranqutanqlardan sadəcə 3000 dənə qalıb.

BURAN TAQİ – MÜHAFİZƏÇİ : Bu xəstəxanada analarını itirmiş yaxud erkən doğulmuş yada nöqsanlı olan körpə oranqutanqlar müalicə və xüsusi nəzarət üçün saxlanılır. "

Bu xəstəxana lazımı bütün təchizatlara, peşəkar işçi kadra malik olaraq, qan təzyiqi, nəbz və ürəyin fəaliyyətini nəzarətdə saxlayır, əlverişli qidalanmanı təmin etməklə qonaqlarının sağlamlığına qarantı verir.

Bu ağıllı meymunlar öz əyləndirici hərəkətləri ilə diqqət çəkir və istər burada Malayziyada istərsə də Tailandda əcnəbi turistləri cəzb etməkdə xüsusi rol oynayırlar.