Oct 27, 2018 19:28 Asia/Baku
  • İran filmi İtaliyada mükafat qazanıb
    İran filmi İtaliyada mükafat qazanıb

İranın Zona filmi İtaliyada Fiatikorti beynəlxalq festivalın 19-cu dövründə ən yaxşı film mükafatına layiq görülüb.

İRNA-nın verdiyi məlumata görə, Fiatikorti festivalının münsiflər heyəti festivalın ən yaxşı film mükafatını İrandan olan Zona filminə təqdim ediblər. Filmi Tufan Nəhanqüdrəti hazırlayıb. 

Festivalın münsiflərinin fikrincə Zona cəsarətli bir əsərdir və özünü itirmiş bir kişinin hekayəsi çərçivəsində müasir İrandan bir təsvir təqdim edir. 

Dünən axşam öz işinə yekun vuran festivalda 120 ölkədən 500 qısa metrajlı film iştirak etmişdir. Zonada daxil 23 əsər yekun mərhələyə yol tapdı. 

Qısametrajlı Zona filmi cari il sentyabrda İtaliyada Poro kino festivalının da ən yaxşı rejissor mükafatına layiq görülmüşdü. 

Teqlər

Şərhlər