May 13, 2019 18:56 Asia/Baku
  • Moskvada
    Moskvada "Ramazan xeyməsi"

Rusiyanın rəsmi şəxsləri və bu ölkənin müsəlman şəxsiyyətlərinin iştirakı ilə Moskvada beynəlxalq "Ramazan xeyməsi" işə başlayıb. Bu tədbir 14-cü il dalbadal olaraq keçirilir.

"Ramazan xeyməsi"nin açılış mərasimində rus siyasi şəxsiyyətlər və rəsmilərindən əlavə, islami ölkələrin səfirləri, həmçinin islami, xristian və yəhudi dinlərinin şəxsiyyətləri və Moskva sakinlərindən yüzlərlə nəfər iştirak edib.

Rusiya müftilər şurasının sədri Ravil Eynəddin "Ramazan xeyməsi"nin açılış mərasiminin kənarında IRNA ilə müsahibədə mübarək ramazan ayının gəlməsini təbrik edərək, deyib: Bu mübarək ay hər bir müsəlmana və möminə dini baxımdan Allaha yaxınlaşmaq və nəfsini təmizləmək fürsəti verir.

Moskva şəhərinin müftisi Eldar Əlaəddinov da deyib: "Ramazan xeyməsi"nin bərqərar olduğu otuz gün ərzində Moskvada və digər ölkələrdə yaşayan müsəlman qövmlərin, o cümlədən tatarlar, azərilər və türkmənlərin, eləcə də İran, Türkiyə və Pakistan kimi islami ölkələrin nümayəndələri öz mədəniyyət günlərini keçirəcəklər.

Teqlər

Şərhlər