İyun 09, 2019 19:08 Asia/Baku
  • İranda beyinin elektrik təhriki aparatı düzəldilib
    İranda beyinin elektrik təhriki aparatı düzəldilib

İlk dəfə olaraq İran pedaqoji universitetinin elektrik və kompüter mühəndisliyi fakültəsinin tədqiqatçıları maqnit rezonans tomoqrafiya ilə uyuşan beyinin elektrik təhriki aparatının konstruksiya edilərək, düzəldilməsinə müvəffəq olublar.

Beyinin elektrik təhriki aparatları bundan öncə eyni zamanda MRT aparatında istifadə qabiliyyətinə malik deyildilər və bu məsələ səbəb olmuşdu ki, eyni zamanda beyinin elektrik təhriki və rentgenə ehtiyaclı olan koqnitivistika araşdırmaları təkamül tapmamış olsun.

Bu aparatın İran pedaqoji universitetində konstruksiya edilərək, düzəldilməsi ilə, İran MRT ilə uyuşan koqnitivistika araşdırmalarında modern təchizatların konstruksiya edilərək, düzəldilməsi üzrə dördüncü ölkə kimi tanınıbdır.

Teqlər

Şərhlər