Oct 06, 2019 19:33 Asia/Baku
  • Xuzistan vilayətindəki İze şəhərinin görməli yerləri
    Xuzistan vilayətindəki İze şəhərinin görməli yerləri

Payız fəslində havanın soyuması ilə Əhvaz şəhərindən təqribən 230 kilometr aralıda, Xuzistan vilayətinin ən şimal-şərq nöqtəsində yerləşən İze şəhəri mötədil hava ilə sizə “xoş gəlmiziniz!” deyir.

İzeyə daxil olakən şəhərin mərkəzindən/ yetər ki, cənub-qərbə tərəf təkcə üç kilometr gedəsiniz ki, gözəl dərənin sonunda “Eşkoft Salman”a çatasınız. “Eşkoft Salman” allüvilərə malik sığınacaq formalı təbii qayanın daxilində yerləşən geniş bir ərazidir.

İze mötədil iqlimlə ilin bütün fəsillərində Eşkoft-u görmək şövqü ilə buraya gələn turistləri qəbul edir. İstər İzeli həmyerli olsun, istərsə də ayrı nöqtələrdən gəlmiş turist olsun.

“Eşkoft Salman”da dörd qabarıq İlam naxışı mövcuddur. Hər dörd qabarıq naxışın üzərində yerli padşah Ayapir, ailəsi və ya vəziri ilə təsvirə çəkilib.

“Eşkoft Salman”da bu məkanı dağıdanları qarğamış bir daş yazısı mövcuddur. “Eşkoft Salman”da Eşkolft daşlarının altında qaynayan və içməli suyu olan bir bulaq var. Çox pak və sərindir. Bulağın suyu boru vasitəsilə səyahətçilərin ixtiyarına qoyulubdur.

Eşkoftun sol tərəfində bir neçə pilləni qalxdıqdan sonra uzaq keçmişdə bölgənin məscidi olmuş bir binanın qalıqlarına çatırıq.

“Eşkoft Salman”ın kənarında İzenin gözəl təbiətinin qoynunda yeləşən xudmani bir çayxana saatlar boyu Eşkoftda və onun ətrafındakı dağlarda səyahət edən turistləri bir fincan çaya dəvət edir ki, gözəl bir günün ötəri xatirəsini həmişəlik olaraq, onların zehnində həkk etmiş olsun.

 

 

Şərhlər