Mart 26, 2020 15:47 Asia/Baku
  • Koronavirusdan irəli gələn qorxunun gələcək nəslə təsiri
    Koronavirusdan irəli gələn qorxunun gələcək nəslə təsiri

Amerikanın Meriland universitetində tibb elmləri tədqiqatçıları bildiriblər ki, koronavirusa yoluxma ehtimalından irəli gələn qorxu spermanın şəraitini dəyişdirir və sonrakı nəslin inkişafı və beyninin formalaşmasına təsir göstərir.

Doktor Terisi və həmkarları deyirlər ki, koronavirus pandemiyası kimi güclü stress yaradan amillərdən irəli gələn uzunmüddətli qorxu və iztirab nəinki şəxsin öz sağlamlığına mənfir təsir göstərir, həm də kişilərin spermasının tərkibinə uzunmüddətli təsir göstərə bilər ki, onun da nəticəsi, sonrakı nəslin beyin sağlamlığına neqativ təsirdir.

Meriland universitetinin tədqiqatçıları deyirlər ki, kişilərin stressdən təcrübə etdikləri biomexanizmlər ana bətnində dölün beyninin formalaşması və inkişafına təsir göstərir. Atanın stressinin təsiri, interstisial mayedə vesikülləri dəyişdirərək, kişi spermasının yetkinləşməsinə təsir göstərə bilər. Bu vesiküllər əslində hüceyrələr arasındakı zülalları, yağları və nuklein turşularının yerini dəyişən interstisial mayedəki kisəciklərdirlər. Bu vesiküllər çoxlu miqdarda nəsilartırma sistemində mövcuddurlar. Onlar spermanın yetkinləşməsində əsas rol oynayırlar.

Professor Bill bu barədə deyir: Bir çox mövcud dəlillər göstərir ki, stressin miqdarının azalması bizə faydalıdır; stressin düzgün nəzarətə alınması nəinki bizim beyin sağlamlığımızı təmin edir, həm də nəsilartırma sisteminə neqativ təsirin miqdarını azaltmaqla gələcək nəslimizə də təsirlidir.

Bu məlumata görə, Amerikada xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzi öz saytında koronavirusdan irəli gələn stress ilə uzlaşmaq üzrə həll yollarını göstərib. Onların bəziləri belədir: Sosial medialarda koronavirusla bağlı xəbərləri görmək, oxumaq və eşitməkdən «ezamiyyət»ə çıxın!

Koronavirus pandemiyası ilə bağlı xəbərləri ardıcıl şəkildə eşitmək məyusluğa stressə səbəb ola bilər.

Öz bədəninizi qoruyun; dərindən nəfəslər alın, dartılma hərəkətləri və ya əsəb və mühafizə üzrə asayişgətirən fəndlərdən istifadə edin.

Sağlam qida yeyin, müntəzəm surətdə idman eləyin; münasib yuxuya malik olun və spirtli içki içmək və narkotik maddələr istehlak etməkdən çəkinin.

Qeyri-adi işlər görün; qeyri-adi fəaliyyətlər göstərin ki, onlardan ləzzət almış olasınız.

Başqaları ilə əlaqə saxlayın; öz stressiniz və emosiyalarınızın büruzə etməsi tərzi barədə mötəbər şəxslərlə söhbət edin.

KORONAVİRUS QORXUSUNUN GƏLƏCƏK NƏSLƏ TƏSİRİ

Şərhlər