Avq 14, 2020 00:54 Asia/Baku
  • Alimlər koronavirus infeksiyasına yoluxma riskini Rh faktoru ilə əlaqələndirir

Alimlər koronavirus infeksiyasına yoluxma riski ilə Rh faktoru arasında əlaqəni aşkarlayıb.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, Barselona Universitetinin və Braziliyanın Kampinas Universitetinin mütəxəssisləri 126 ölkədə koronavirusun yayılma göstəricilərini analiz ediblər. Məlum olub ki, mənfi Rh faktorlu insanların əksəriyyət təşkil etdiyi ölkələrdə COVID-19 infeksiyasına yoluxma halları daha çoxdur.

Əsasən Avstraliya, Avstriya, Braziliya, Yeni Zelandiya, İspaniya, Böyük Britaniya, İsveçrə və ABŞ-da koronavirus çox sürətlə yayılıb. Tədqiqatçılar bunu mənfi qan qruplarına malik insanların koronavirusa yoluxma riskinin daha çox olması ilə izah edirlər.

Xəstəlik riskinin yüksək olması Rh faktoru və orqanizmin immun sistemi arasında əlaqənin nəticəsi ola bilər. Çexiyanın Karlova Universitetinin alimləri belə insanların allergik, həzm, ürək, immun və nevroloji problemlərdən daha çox şikayətçi olduqlarını müəyyən ediblər. Həmçinin mənfi Rh faktorlu insanlarda ürək-damar, respirator və digər xəstəliklərin inkişaf riski daha çox müşahidə edilir ki, bu da ağırlaşmalara səbəb ola bilər.

Teqlər

Şərhlər