Noy 20, 2020 15:10 Asia/Baku
  • İranlı güləşçi dünyanın ən sevimli sərbəst güləşçisi oldu

İranlı güləşçi Həsən Yəzdani Ümumdünya Güləş Birliyinin sorğusunda dünyanın ən sevimli sərbəst güləşçisi seçilib.

SəhərAzəri xəbər verir, Ümumdünya Güləş Birliyi dünya üzrə on altı tanınmış sərbəst güləşçinin adını təqdim edərək, dünyanın ən sevimli sərbəst güləşçisini müəyyən etmək üçün dünya səviyyəsindəki güləş həvəskarlarını səs verməyə çağırdı.

Bu rəy sorğusunun sonunda üç dünya və olimpiya qızıl medalı almış Həsən Yəzdani və rus tankı kimi tanınan beş dünya və olimpiya qızıl medalı qazanmış Əbdürrəşid Sadullayev finala çıxdılar. Sonda Yəzdani 27 min 23 səslə dünyanın ən sevimli sərbəst güləşçisi oldu.

Teqlər

Şərhlər