Noy 22, 2020 15:09 Asia/Baku
  • İranlı sənətkarın Camerimage film festivalındakı uğuru

Polşada keçirilən «Camerimage» film festivalının ən yaxşı qısametrajlı sənədli film üzrə qızıl qurbağa mükafatı Mehdi Azadiyə verilib.

SəhərAzəri xəbər verir, İranlı kinooperator Mehdi Azadi «Bir atın bir insandan çox qanı var» filmini çəkdiyinə görə, beynəlxalq «Camerimage» film festivalının qızıl qurbağa mükafatına layiq görülüb. Filmin rejissoru, Əbolfəzl Talunidir.

Beynəlxalq «Camerimage» film festivalı dünyanın ən mühüm kino tədbiri kimi kinooperatorluq sənəti üzərində təmərküzləşərək, noyabrın 14-dən 21-dək Polşanın şimalında yerləşən tarixi Torun şəhərində keçirilibdir.

Teqlər

Şərhlər