Apr 10, 2017 16:38 Asia/Baku
  • BMT-də 4 iranlı alimin heykəli qoyulub
    BMT-də 4 iranlı alimin heykəli qoyulub

Avstriyanın Vyana şəhərində BMT qərargahında dörd iranlı alimin heykəli qoyulub.

Fars Xəbər Agentliyinin məlumatına görə, dörd iranlı mütəfəkkir Əbu Əli Sina, Ömər Xəyyam, Əbu Reyhan Biruni və Zəkəriyya Razinin heykəli Avstriyanın Vyana şəhərində BMT qərargahında qoyulub.

BMT elə əvvəldən iranlı şair və alimlərə xüsusi hörmət bəsləmişdir. Misal üçün bu təşkilatın Nyu-Yorkdakı qərargahının girişində məşhur iranlı şair Sədi Şirazinin şeri yazılıb: "Bəni-Adəm bir-birinin üzvüdür, Yaranışda bir gövhərdəndir, Ruzigar bir üzvü ağrıdarsa, digər üzvlər qərarsız qalar".

Teqlər