Apr 23, 2017 12:34 Asia/Baku
  • İranlı taekvandoçular Qazaxıstanda keçirilən beynəlxalq yarışlarda uğurla çıxış ediblər
    İranlı taekvandoçular Qazaxıstanda keçirilən beynəlxalq yarışlarda uğurla çıxış ediblər

İranlı taekvandoçular Qazaxıstanda keçirilən beynəlxalq turnamentin ilk günündə 5 medal əldə etməyə nail olublar.

Qazaxıstanda keçirilən beynəlxalq taekvando yarışları şənbə günü 472 idmançının iştirakı ilə yeniyetmələr və böyüklər üzrə, qadın və kişi idmançılar arasında Qazaxıstanın ən iri idman kompleksi olan Atirav-da start götürüb. 

Bu yarışlarda İran yalnız göyüklər üzrə kişilər arası müsabiqədə iştirak edir. 

Üç gün davam edəcək turnamentini birinci günündə iranlı taekvandoçular 54, 58 və 87 kq çəki dərəcələri üzrə Qazaxıstan, İndoneziya, Vyetnam və Rusiyadan olan rəqibləri üzərində qələbə çalaraq, 2 qızıl, 2 gümüş və bir bürünc medal əldə ediblər. 

Yarışların davamında iranlı taekvandoçular 63 və 68 kq çəki dərəcələri üzrə Rusiya, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistandan olan rəqibləri ilə qarşılaşacaqlar. 

Teqlər