May 23, 2017 20:07 Asia/Baku
  • Qonbəde-Kavus; İranın türkmən xalçası üzrə milli şəhəri
    Qonbəde-Kavus; İranın türkmən xalçası üzrə milli şəhəri

İranın Gülüstan ostanının Qonbəde-Kavus şəhəri İranın türkmən xalçası üzrə milli şəhəri kimi ölkənin milli abidələr siyahısında qeydə alınıb.

İranın Gülüstan ostanının Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının baş müdiri deyib ki, türkmən xalçasının naxışları və toxunma texnikası dünyada özünəməxsus və məşhurdur.

İbrahim Kərimi sonra belə qeyd edib: Xalça daxil olmaqla əl işləri sənayesində brendin yaradılması və mahiyyətin verilməsi üçün, həmçinin Gülüstan ostanında bu sənaye üzrə fəalların maliyyə və istehsal gücünün artırılması, eləcə də istehsalçılar və sənətkarları himayə istiqamətində Qonbəde-Kavus milli qeydiyyat işi hazırlanıb və müdafidən sonra İranın milli abidələri siyahısında qeydə alınıbdır.

Qonbəde-Kavus şəhrestanının türkmən xalçası 1390-cı günəş ilində İranın qeyri-maddi abidələri siyahısında 234 sayı ilə qeydə alınıbdır.