İyun 14, 2017 15:11 Asia/Baku
  • İran ildə 1 mld. dollarlıq texniki xidmətlər ixrac edir

İranın energetika nazirinin beynəlxalq məsələlər üzrə müavini deyib: İran orta hesabla ildə bir milyard dollar dəyərində texniki və mühəndislik xidmətləri ixrac edir və bu ixracatın məqsəd bazarları qonşu və Asiya ölkələri əsas təşkil edir.

İranın energetika nazirinin beynəlxalq məsələlər üzrə müavini Əlirza Daimi çərşənbə günü İRİB-ə müsahibəsində İran şirkətlərinin müxtəlif ölkələrdə 70-dən çox layihəni icra etməkdə olduqlarını deyib: İran şirkətləri elektrik və su layihələrinin icrasında yaxşı mövqeyə malikdirlər, öz bazarlarını genişləndirə və beynəlxalq bazarlarda davamlı işləyə bilərlər.

Əlirza Daimi əlavə edib: İran şirkətləri Mərkəzi Asiya və Afrika ölkələri, Kenya, Suriya, İraq, Əfqanıstan, Pakistan, Şrilanka, Tacikistan, Cənubi Afrika Respublikası, Fars körfəzinin ətraf ölkələri, Qafqaz və digər ölkələrdə su və elektrik layihələri icra etməkdədirlər.

Əlirza Daiminin sözlərinə görə, İran qaz turbinlərinin istehsalında dünyanın əsas 10 ölkəsi sırasındadır və su bəndlərinin çəkilməsi, su və kanalizasiya layihələrinin icrası sahəsində də öndə gedən ölkələr arasındadır.

İranın energetika nazirinin beynəlxalq məsələlər üzrə müavini həmçinin son illər ərzində Tacikistanda İstiqlal tuneli, Səng Tudə-2 elektrik stansiyası kimi layihələrin icra olunduğuna toxunub və deyib: İran şirkətləri Latın Amerikasının rəqabət bazarlarında da iştirak edirlər.

Teqlər