İyun 18, 2017 18:21 Asia/Baku

İranlı kinorejissor İbrahim Hatəmi-Kiyanın çəkdiyi "Badiqard" bədii filmi Vyana beynəlxalq film festivalının müsabiqə bölməsinə vəsiqə qazanıb.

IRNA-nın məlumatına görə, bundan öncə Madrid beynəlxalq film festivalında üç əsas mükafata namizəd olmuş "Badiqard" bədii filmi Vyana beynəlxalq film festivalının ən yaxşı film bölməsində də qəbul olunubdur.

Madrid beynəlxalq film festivalı iyulun 3-dən 7-dək bu şəhərdə keçiriləcək və "Badiqard" bədii filminin seansı da iyulun dördündə saat 20:15 dəqiqədə olacaqdır.