İyul 11, 2017 10:40 Asia/Baku
  • Əli Dayı; Asiya futbolunun simvolu
    Əli Dayı; Asiya futbolunun simvolu

Asiya Futbol Konfederasiyası Ərdəbilli futbolçu Əli Dayını Asiya futbolunun simvolu seçib.

İFC informasiya mərkəzinin verdiyi məlumata görə, Əli Dayı İran yığma komandasında oynadığı 149 oyunda 109 qol vurub. Bu da, Asiya Futbol Konfederasiyasının  Əli Dayını bu Konfederasiyaının simvolu seçməsinə səbəb olub. 

Əli Dayı futbol tarixində İran üçün 100-dən çox qol vurmuş yeganə futbolçudur. 

Bu iranlı futbolçu Esteqlale Ərdəbil, Taksirani, Banke Tecarət, Perspolis, Əl-Səd, Arminia Bielefeld, Bayern Münhen, Herta Berlin, Əş-Şəbab, Səba Batri və Saypa komandalarında oyun keçmişinə malikdir. Əli Dayı hazırda Saypa komandasının baş məşqçisidir.  

Teqlər