İyul 27, 2017 18:52 Asia/Baku
  • İmam Xomeyni(r.ə.) adına Milli Kosmik Mərkəz açılıb
    İmam Xomeyni(r.ə.) adına Milli Kosmik Mərkəz açılıb

İmamət və vilayət səmasının səkkizinci parlaq ulduzu- Həzrət İmam Rza(ə)-ın səadətli mövludu ərəfəsində "Simorğ" tipli süni peyk daşıyıcısının kosmosa uğurlu sınaq buraxılışı ilə İranda İmam Xomeyni(r.ə.) adına Milli Kosmik Mərkəz rəsmi şəkildə açılıbdır.

IRIB-nin məlumatına görə, İran İslam Respublikasının ilk sabit platforması sayılan İmam Xomeyni(r.ə.) adına Milli Kosmodrom iri bir kompleksdir. Bu kompleksdə süni peyk daşıyıcılarının hazırlanması, kosmosa buraxılması, onlara nəzarət edilməsi və onların istiqamətləndirilməsi üzrə bütün etaplar həyata keçiriləcək.

İmam Xomeyni(r.ə.) adına Milli Kosmodrom texnoloji baxımdan dünya standartlarına uyğun surətdə konstruksiya edilərək, düzəldilib və yekun mərhələdə İranın "LEO" orbitindəki bütün ehtiyaclarını təmin etməyə qadirdir.

"Simorğ" süni peyk daşıyıcısı da 250 kiloqram çəkidə olan süni peykləri yerin 500 kilometrlik orbitində yerləşdirməyə qadirdir.

Teqlər