Avq 16, 2017 10:28 Asia/Baku
  • İranlı gənc skvoşçuların Asiya çempionatındakı uğurları

Gənclərin skvoş üzrə Asiya çempionatının ilk günündə İranın iki nümayəndəsi rəqibini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.

Gənclərin skvoş üzrə 24-cü Asiya çempionatı dünən İordaniyanın paytaxtı Əmman şəhərində başlanıb.

Mohəmmədreza Cəfərzadə və Əmir Hoseyn Feyzpur öz livanlı və şri-lankalı rəqiblərini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıblar.

İordaniyanın paytaxtı Əmman şəhərində keçirilən skvoş üzrə 24-cü Asiya çempionatında İran komandasını dörd idmançı təmsil edir.