Avq 21, 2017 20:55 Asia/Baku
  • İranın kişi qolbol komandası Qazaxıstan komandasına qalib gəlib
    İranın kişi qolbol komandası Qazaxıstan komandasına qalib gəlib

İranın kişi qolbol komandası Tailandda keçirilən Asiya və Okeaniya çempionatındakı ilk görüşündə Qazaxıstan komandasına qalib gəlib.

Qolbol görmə qabiliyyəti olmayan və ya zəif olan şəxslər üçün hazırlanmış idman növüdür. Bu oyun iki on dəqiqəlik hissə ilə keçirilir və oyunçular gözləri bağlı şəkildə topu əl ilə rəqib komandanın qapısına atmağa çalışırlar.

IRNA-nın məlumatına görə, İranın kişi qolbol komandası bu gün Tailandda keçirilən Asiya və Okeaniya çempionatında Qazaxıstan komandasına 10-0 hesabı ilə qalib gəlib.

İranın kişi qolbol komandası sabah Tailand və çərşənbə günü də Cənubi Koreya komandası ilə görüşəcək.

İranın qadın qolbol komandası isə ilk görüşündə Çin komandasına məğlub olub və sabah Yaponiya komandası ilə görüşəcəkdir.

Qolbol üzrə Asiya və Okeaniya çempionatı bu gün Tailandın Banqkok şəhərində başlanıb.

Teqlər