Avq 23, 2017 12:47 Asia/Baku
  • 
Çində İranın ən yaxşı ədəbi əsərlərinin təqdimatı olub
    Çində İranın ən yaxşı ədəbi əsərlərinin təqdimatı olub

İranın İslam Mədəniyyət və Əlaqə Təşkilatının sədri kitabı İran və Çin xalqlarının bir-biriləri və iki xalqın mədəniyyəti ilə tanışlıqları üzrə zəmin adlandırıb.

Əbuzər Ebrahimi Torkəman İranın xüsusi qonaq olduğu 24-cü Pekin Beynəlxalq Kitab Sərgisində İran pavilyonunun açılışı mərasimində İpək Yoluna işarə edərək, bu tarixi yolu ticarət məsələlərinə malik olmaqdan əlavə, keçmiş dövrdə kitab daşınması üçün bir keçid adlandırıb və belə əlavə edib: Əgər belə olmasaydı, bu yol boyu xalqlar və etnoslar arasında bir belə mədəniyyət, incəsənət və hətta dil mübadiləsi formalaşmazdı. Ebrahimi Torkəman daha artıq əlaqə və anlaşma üçün əcdadlarımızdan irs qalmış mədəni ortaqlıqlardan istifadəyə təkid edərək, deyib: Kitabdan iki ölkənin daha artıq yaxınlığı və dostluğu üçün istifadə olunmalıdır. O, kitabı ekstremizm, rasizm və zorakılığın yayılması yolunda bir maneə adlandırıb. 

24-cü Pekin Beynəlxalq Kitab Sərgisinin açılışı ilə bir zamanda İranın İslam Mədəniyyət və Əlaqə Təşkilatı sədrinin iştirakı ilə çin dilinə tərcümə olunmuş fars ədəbiyyatının şah əsərlərindən ibarət 23 cildlik bir məcmuənin təqdimatı olub. Bu məcmuə fars ədəbiyyatının şah əsərlərinə, o sıradan Firdovsi, Hafiz, Sədi, Xəyyam, Rudəki və Moləvinin əsərlərinə şamil olur ki, çinli iranşünaslar onu çin dilinə tərcümə ediblər. Təqribən on il bundan öncə bir qrup çinli iranşünas fars ədəbiyyatının şah əsərlərini tərcümə etməyə başladılar ki, o zaman 18 cilddə çap olundu və öz dövründə Çində və İranda ilin ən yaxşı kitabı kimi seçildi.

Teqlər