Sen 19, 2017 20:15 Asia/Baku
  • Tehranda XI Qadın və Milli İstehsal Sərgisi işə başlayıb.
    Tehranda XI Qadın və Milli İstehsal Sərgisi işə başlayıb.

Tehranda XI Qadın və Milli İstehsal Sərgisi işə başlayıb.

Bəzi mütəxəssislər deyirlər ki, qadınlar ailə idarəçiliyini dəyişməklə həm yerli istehsala təkan verə, həm də yeni bacarıqlı nəsli yetişdirə bilərlər. Satın alınan hər bir İran məhsulu bir neçə zavodun fəaliyyətini artırır. Onlar qadınlara göz dikiblər və ilin şüarının gerçəkləşməsində qadınların rolunu əsaslı sayırlar. İslam İnqilabının Böyük Rəhbərinin buyruqlarının gerçəkləşməsi istiqamətində, qurumlar və orqanlar çoxlu proqramlar tətbiq edirlər. Tehran Meriyasının İnsan Resursları Departamenti də onlardan biridir. Bu departament Tehranın Qoftequ parkında Qadın və Milli İstehsal Sərgisini təşkil edib. Bu sərgidə 72 istehsalçı iştirak edir. 

Tehran Meriyası İnsan Resursları Departamentinin direktor müavini Sepide Xoşbin deyib: Qadın və Milli İstehsal Sərgisində ötən illərdəki kimi, peşəkar istehsalçıları seçmişik. İndiyə qədər beş brend bu toplantı keçirildikdən sonra daimi satış mərkəzi yaradıb. Sərgi müxtəlif brendlərin tanıtdırılması üçün yaxşı fürsətdir və hər gün bu şəbəkə daha da güclənir. 

Sahibkar Mərziyyə Yaribəxt deyib: Bircənddə ailə başçısı qadınlar parça toxuyurlar, sonra İsfahana göndərilir, hazırlanır sonra isə tikilir. Milli və beynəlxalq sərgilərdə çox iştirak etmişik. Hal-hazırda da məhsullarımız Parisdə çox rəğbətlə qarşılanır və Fransaya ixracatı başlamışıq. 

Bu sərgidəki bütün məhsullar İran brendidir və bütün məhsulları ailə başçısı qadınlar istehsal etmişlər. 

Sahibkar Panetta Ələvi deyib: Məqsədimiz bu idi ki, evdar qadınları, xüsusilə də ailə başçısı qadınlardan faydalanaq. Bizim insan resursumuzun əsas hissəsinin maliyyə ehtiyacı vardır. Allahın lütfü ilə bizim sexlərdə çalışmağa başladıqları zamandan bəri çox razıdırlar. 

Sahibkar Zəhra Xəlilzadə isə deyib: Biz üç il öncə qızıl və bəzək əşyalarının istehsalı və təlimi sexinin fəaliyyətinə başladıq. Burada ehtiyaclı və ailə başçısı qadınlara pulsuz təlimlər keçirik ki, kursları uğurla başa vurduqdan sonra gəlir əldə edə bilsinlər. Allaha şükür təlim keçmiş qadınlar bu vasitə ilə gəlir əldə edə bilirlər. Qadınlar ölkədə çox önəmli rola malikdirlər.