Dek 04, 2017 12:38 Asia/Baku
  • İranlı tələbələrin uğuru

Pekin universiteti üç iranlı tələbənin bu universitetdəki uğurundan xəbər verib.

Pekin universiteti bir məlumatda cari milad ilində Çinin bu elmi mərkəzinin xarici əlaçı tələbələrini təqdim edərək, üç iranlı tədqiqatçının bu universitetdə doktorluq üzrə ən yaxşı tələbə olduğunu bildirib.

Bu məlumata görə, müqayisəli ədəbiyyat üzrə doktorantura tələbəsi olan Hamed Vəfayi bu universitetdə doktorluq üzrə tələbələr arasında birinci yeri tutub. Məhdi Əbdollahi və Əbbasəli Əbuyi Mehrizi mühəndislik ixtisası sahəsində bu elmi marafonda ikinci olublar.

Hazırda Pekin universitetində iki mindən çox xarici tələbə təhsil alır.

Pekin universiteti Asiya üzrə beş üstün universitetdən biri olmaqla bərabər, dünyanın əlli universiteti sırasında durur.