Dek 11, 2017 12:36 Asia/Baku
  • İran
    İran "kunq-fu toa" yarışlarının qalibi olub

İranın "kunq-fu toa" üzrə kişi və qadın komandaları İranın Məşhəd şəhərində keçirilən Asiya çempionatının ikinci dövrəsinin sonunda birinci yeri tutublar.

Yüz idmançının iştirakı ilə keçirilən kişilərin "kunq-fu toa" yarışlarında İran yığması çempion olub. Əfqanıstan və Özbəkistan yığmaları isə ikinci və üçüncü olublar.

İranın bu idman növü üzrə qadınlardan ibarət milli komandası da 17 komanda arasında birinci olubdur.

Yarışlar yuxarı yaşlılar səviyyəsində, on yeddi ölkədən olan komandalar arasında kişi və qadınlar bölmələrində keçirilibdir.

Teqlər