Apr 12, 2018 15:32 Asia/Baku
  • Avroliqa basketbol yarışları
    Avroliqa basketbol yarışları

Avroliqa 2017/2018 basketbol yarışlarının 30-cu həftəsi də başa çatdı.

Avroliqa Basketbol Yarışlarının birinci mərhələsinin sonuncu həftəsi də başa çatdı. Növbəti mərhələdə iştirak edəcək komandaların adları hələ iki həftə öncədən müəyyənləşmiş olsa da, ümumi sıralamada baş verən yerdəyişmələr sonuncu həftənin ən önəmli hadisələrindən olub.

Avroliqa Basketbol Yarışlarının 30-uncu həftəsində, Anadolu Efes komandası 87-79 hesabı ilə Baskoniyanı məğlub edərək, mövsumu tək bir qələbə ilə başa vurub. Bu qarşılaşmanın favoriti Anadolu Efes komandasından Erik Məkkolum olub. O, bu oyunda 21 xal toplayıb.

Həftənin digər önəmli qarşılaşması Madridin Real komandası ilə Brus Bamburq arasında baş tutub. Real bu qarşılaşmada rəqibini 106-86 hesabı ilə məğlub edib. Bununla da ümumi sıralamada mövqeyini bir qədər də möhkəmlənidirib.

Oyunun favoriti 23 xal ilə Real komandasından Antoni Randolf olub.

Fənərbağça isə İspan rəqibinin öhdəsindən gələ bilməyib. 91-99 hesabı ilə rəqibinə məğlub olub.

Bu məğlubiyyət Türkiyə təmsilçisinin reytinqinə heç bir təsir göstərməyib və ümumi sıralamadakı ikinciliyini qoruyub.

Oyunun favoriti Malaqa komandasından Nemaniya Nedoviç olub. O. Bu qarşılaşmada komandasına 31 xal qazandırıb.

Barselona isə Ximiki komandasını 86-82 hesabı ilə məğlub edib və mövsümü 13-cü yerdə başa vurub.

Yarışların növbəti mərhələsində ən həssas və həyəcanlı oyunlar Real, Pauk, Olimpiyakus və Jalqris arasında olacaq.