İyun 29, 2018 19:33 Asia/Baku
  • Tehranda Asiyanın qərbi üzrə ən iri kənd təsərrüfatı və qida sərgisi işə başlayıb
    Tehranda Asiyanın qərbi üzrə ən iri kənd təsərrüfatı və qida sərgisi işə başlayıb

Asiyanın qərbi üzrə ən iri kənd təsərrüfatı və qida sərgisi sayılan "İran Aqrofud-2018" adlı 25-ci beynəlxalq kənd təsərrüfatı, yeyinti məhsulları, maşınqayırma və əlaqədar sənaye sərgisi bu gün Tehranda işə başlayıb.

Bu sərgidə 32 ölkədən olan 1300-dən çox daxili və xarici şirkət iştirak edir.

Sərgidə iranlı şirkətlərdən əlavə, İspaniya, Avstriya, İndoneziya, İngiltərə, İtaliya, Almaniya, Braziliya, Belçika, Danimarka, Rusiya, Yaponiya, İsveçrə, Fransa, Kanada və Hollandiya kimi xarici ölkələrin nümayəndələri də iştirak edirlər.

25-ci beynəlxalq kənd təsərrüfatı, yeyinti məhsulları, maşınqayırma və əlaqədar sənaye sərgisinin önəmi ölkələrdən bir çoxunun rəsmi ölkə və qrup pavilyonları formasında iştirak etməsinə səbəb olubdur.

Teqlər