İyul 15, 2018 21:27 Asia/Baku
  • Bir balıqçının yaradıcı düşüncəsi 200 nəfər üçün iş yerinə çevrilib
    Bir balıqçının yaradıcı düşüncəsi 200 nəfər üçün iş yerinə çevrilib

Bir ailənin gündəlik xərclərini ödəmək üçün seçdiyi sadə bir iş, böyük düşünmək və gələcəyə ümidvar olmaq nəticəsində, bu gün 200 nəfərin çalışdığı bir iş yerinə çevrilib. Hazırda bu iş yeri öz sahibinə ilk gündə olduğundan 60 dəfə daha çox gəlir gətirir.

Bir zamanlar balıqçılıqla məşğul olan və tutduğu balıqların topdan satışı ilə  məşğul olan Babulsərli ailə öz gündəlik xərclərini çətinliklə təmin edirdi. Amma, bu ailə tapdan satışa son qoyaraq, istehsala üz tutduqdan sonra böyük uğur qazanıb. İlk məhsulları isə balıq yağı olub.

Məhəmməd Həsən Kərimiyan: “Xammal elə dənizdən tutulan balıqdır. Müxtəlif emal prosesindən sonra bu balıqlar toz halına salınır. Və bu balıq tozundan balıq yağı əldə edilir.”

Balıqçılıq ilə yanaşı, bu işgüzar insanlar balıq yetişdirməyə də başlayıblar. Və elə bu məqsədlə balıq yemi də istehsal edirlər.

Sabir Kərimiyan deyir: “Hər ay orta hesabla 600 ton balıq yemi istehsal edirik.”

Daha sonra balıq məhsullarının satışa çıxarılması üçün satış mərkəzinin yaradılması növbəti addım sayılır.

“Burada  karp, böyükbaş karp, ala balığı, ziyad balığı, salamon və uzunburun balıqları diri olaraq satılır”

Xarici müştəriləri də az deyil.

“Çox yaxşı məhsulları var. İki ildir ki, biz bu məhsulların Rusiyaya idxalı ilə məşğuluq.”

Növbəti mərhələ isə balıq məhsullarının Babulsərdəki restoranda hazırlanıb, süfrələrə təqdim olunmasıdır. Bu restoranda təqdim olunan bütün xörəklər dəniz məhsullarından hazırlanır.

Hazırda Kərimiyan ailəsinin bu zəncirvarı təsərrüfatında 200-ə yaxın insan çalışır.