İyul 16, 2018 09:49 Asia/Baku
  • Fransanın futbol üzrə dünya çempionu olmasından sonra Parisdə çaxnaşma
    Fransanın futbol üzrə dünya çempionu olmasından sonra Parisdə çaxnaşma

Fransanın paytaxtı bu ölkənin futbol üzrə milli komandasının dünya çempionu olması gecəsində futbol azarkeşləri ilə polis arasında toqquşma və zorakılıq səhnəsi olubdur.

Paris əhalisinin dünən axşam Fransanın futbol üzrə dünya çempionu olmasından sonra Şanzelize prospektindəki şadlığı qiyam və polis ilə toqquşma ilə nəticələnibdir.

Bu toqquşmanın ardınca Fransa polisi bu ölkənin futbol üzrə milli komandası azarkeşlərindən on minlərlə nəfərin toplaşdığı Şanzelize prospektinin təxliyə olunması haqda göstəriş verib və qiyamları yatırmaq üçün gözyaşardıcı qaz buraxıbdır.

Şanzelize prospekti ilə bağlı təsvirlər göstərir ki, bir qrup şəxs avtomobillərə və ümumi əmlaka zərər vurmaqdadır. Digər bir qrup isə polis məmurlarına tərəf daş atmaqdadır.

Fransanın üçüncü iri şəhəri olan Lionda baş vermiş toqquşmalar barədə də məlumatlar yayılıbdır.

Fransanın futbol üzrə milli komandası dünən axşam 2018-ci il dünya çempionatının finalında Xorvatiya yığmasını 4-2 hesabı ilə məğlub edərək, yarışların çempionu olubdur.

2018-ci il dünya çempionatının final görüşü ilə bağlı çaxnaşmaları yatırmaq üçün Fransanın müxtəlif şəhərlərində 110 minə yaxın polis qüvvəsi yerləşdirilmişdi.

 

 

Teqlər