Avq 21, 2018 19:43 Asia/Baku
  • Asiya oyunlarında İran taekovandoçusu qızıl medal qazandı

İranın ağır çəkili taekovandoçusu 2018 Asiya Oyunlarında qızıl medal qazanıb.

İSNA-nın məlumatına görə, İndoneziya 2018 Asiya Oyunları çərçivəsində taekovando idmanı üzrə üçüncü günün sonunda 80 kq çəki dərəcəsində iranlı taekovandoçu Səid Rəcəbi finalda qalib gələrək qızıl medala layiq görülüb.

İranın ağır çəkili taekovandoçusu finalda özbəkistanlı rəqibi Dmitri Şukini iki-bir hesabı ilə məğlub edib.

İranın idman karvanı Asiya Oyunlarında indiyədək 4 qızıl, 3 gümüş və 3 bürünc medalla beşinci yeri tutur.

İranın idman karvanı 280 kişi və 98 qadın idmançı ilə bu yarışlara qatılıb. 

18-ci Asiya Oyunları 18 avqustdan İndoneziyanın Cakarta və Palembanq şəhərlərində başlanıb və 2 sentyabra qədər davam edəcək. 

Bu oyunlarda 45 Asiya ölkəsindən 11 mindən çox idmançı iştirak edir. 

Teqlər