Okt 20, 2018 12:53 Asia/Baku
  • İranlı taekvondoçuların Mançester beynəlxalq yarışlarındakı uğuru
    İranlı taekvondoçuların Mançester beynəlxalq yarışlarındakı uğuru

İran takevondoçuları beynəlxalq Mançester Qran-Pri yarışlarının ilk günündə iki gümüş və bürünc medal qazanıblar.

2018-ci il beynəlxalq Mançester Qran-Pri yarışlarının dördüncü etapı cümə günü İngiltərənin Mançester şəhərində başlanıb.

Bu yarışların birinci günündə İranın 68 kiloqram çəki dərəcəsindəki nümayəndəsi Mir Haşem Hoseyni Çin, Cənubi Koreya, İordaniya və İngiltərədən olan rəqiblərini məğlub etdikdən sonra finala vəsiqə qazandı, amma zədələndiyi üçün Cənubi Koreyadan olan rəqibi ilə mübarizədən vaz keçərək, gümüş medal alıbdır.

80 kiloqramdan yuxarı çəki dərəcəsində isə İranın digər nümayəndəsi Səccad Mərdani Braziliya, Qazaxıstan və Xorvatiyadan olan rəqiblərini udaraq, yarımfinal mərhələsinə çıxıb və bu mərhələdə rus rəqibinə məğlub olaraq, bürünc medal qazanıbdır.