Okt 24, 2018 10:45 Asia/Baku
  • İranın Perspolis futbol komandası Asiya Çempionlar Liqasının finalında
    İranın Perspolis futbol komandası Asiya Çempionlar Liqasının finalında

İranın Perspolis futbol komandası Qətərin Əl-Səd komandasının öhdəsindən gəlməyi bacararaq, ilk dəfə olaraq Asiya Çempionlar Liqasının final mərhələsində iştiraka vəsiqə əldə edib.

Asiya Çempionlar Liqasının davamında Perspolis və Əl-Səd komandaları dünən Tehranda qarşılaşıblar. Görüş 1-1 hesabı ilə başa çatıb. 

Daha öncə Qətərdə baş tutan qarşılaşmanın 1-0 hesabı ilə Perspolis komandasının xeyrinə başa çatdığını nəzərə alaraq, Perspolis ümumilikdə 2-1 hesabı ilə qalib komanda olaraq Asiya Çempionlar Liqasının final matçında iştiraka vəsiqə əldə edib. 

Asiya Çempionlar Liqasının davamında bu gün Cənubi Koreyanın Suvon Samsunq komandası ilə Yaponiyanın Kaşima Antlers komandası arasında görüş olacaq. Bu görüşün qalibi final matçında Perspolis komandası ilə üzləşəcək. 

Teqlər