Noy 05, 2018 21:30 Asia/Baku
  • Möcüzə bitki - Aloe Vera
    Möcüzə bitki - Aloe Vera

Bir çox faydaları olan aloe vera bitkisi bu günlər quraqlıq ərazilərdə susuzluğa davamlı bitki olduğu üçün daha çox diqqətləri özünə cəlb edir. Xalq təbabətində geniş istifadəyə malik olan aloe vera bitkisindən müxtəlif növ içəcəklərin hazırlanmasında habelə, sabın, şampun və kremlərin düzəldilməsində istifadə edilir.

“Bitkidən gələn faydalı maddə”

 

Müxtəlif növ sabunların və kremlərin hazırlanmasında istifadə edilir.

 

“Aloe Vera adlı həmişə yaşıl və göz oxşayan bir bitki. İndi ondan içəcək də düzəldilir.”

 

Bizdə jelatin pudrası və sərin içəcəkləri mövcuddur. Tərəfdarları da çoxdur.

 

“Bu aralar Aloe Vera yetişdirən istixanaların da sayı sürətlə artır. Bunlardan biri də Vəlinin istixanasıdır.”

 

İstixanamızın 3 min kvadrat metrini Aloe Veraya ayırmışıq. Bunu ötən il özüm əkmişəm. Bu il 20-yə yaxın pöhrəsi var. Bunu, Aloe Vera yetişdirmək istəyənlərə veririk və onlar da öz istixanalarını qururlar.

 

“İstixanaların əsas xüsusiyyəti su və torpaqdan daha faydalı formada istifadənin edilməsidir.”

 

Aloe Vera suya çox az ehtiyac duyan bir bitkidir. Hətta, istixana şəraitində  yetişdirildikdə belə, suya tələbatı çox aşağıdır. Buna görə də quraqlıq məntəqələr üçün münasib alternativ sayılır.

 

“Vəlinin dediyinə görə, iqlim şəraitini nəzərə aldıqda Aloe Vera bitkisi çox davamlı bitkidir.”

 

Həm soyuğa, həm də istiyə çox davamlıdır. Xəstəliklər qarşısında da dözümlüdür.

Bundan şampun, sabın və kompot düzəldirlər.

“Aloe Vera bitkisinin yetişdirilməsi son zamanlar genişlənib və əlaqədar infrastrukturları da hələ çox deyil. Buna baxmayaraq, sayları artmaqdadır. Belə bir zavodlardan biri Fars vilayətində yerləşir.”

 

Biz Aloe Vera pudrası və kremi istehsal edirik. Həm ölkə daxilində istifadə, həm də xarici ölkələrə ixrac etmək üçün. Türkiyə, Almaniya və Ərəb ölkələri əsas müştərilərimiz sayılır.

 

“Bura isə Savə şəhərində yerləşən bir başqa istehsal müəssisəsidir.”

 

Hər ay 600 tona yaxın müxtəlif içəcəklər istehsal edirik və ölkə daxilində satışa çıxardırıq. Həm plastik, həm də dəmir qutularda qablaşdırırıq.

 

“Aloe Veranın vətəni Sudandır.”

İstixana şəraitində kimyəvi gübrələr və dərmanlardan istifadə miqdarı xeyli azalmış olur. Həmçinin, zərərvericilər də belə şəraitdə daha artıq nəzarət altında olmuş olur.

 

“Ölkənin inkişaf planına əsasən İran dərman bitkilərinin istehsalı baxımdan dünyanın üstün ölkələrindən birinə çevrilməlidir.”