Noy 08, 2018 10:54 Asia/Baku
  • İranlı atlet dünya çempionatının qalibi oldu

İranlı atlet Söhrab Muradi ardıcıl olaraq ikinci dəfə ağırlıq qalrımaq üzrə dünya çempionu olub.

İSNA-nın verdiyi məlumata görə, Söhrab Muradi çərşənbə günü Türkmənistanın paytaxtı Aşqabadda keçirilən ağırlıq qaldırmaq üzrə dünya çempionatında 96 kq çəki dərəcəsində bir dəfəyə 186 kq, təkanla 230 kq və ümumilikdə 416 kq ağırlığı başı üzərinə qaldıraraq, hər üç kateqoriya üzrə qızıl medala layiq görülüb. 

Söhrab Muradi ardıcıl olaraq ikinci ildir ki, dünya çempionu olur. 

S.Muradi bu yarışlarda bir dəfəyə qaldırmaq üzrə dünya rekordunu 5 kq təzələyib. Qaldırılan ağırlığın ümumi çəkisi baxımından da dünya rekordunu 15 kq təzələməyi bacarıb. 

Ağırlıq qaldırmaq üzrə dünya çempionatı 1 noyabrda Türkmənistanın paytaxtı Aşqabad şəhərində start götürüb. Yarışlar 10 noyabra kimi davam edəcək. 

Teqlər