Noy 09, 2018 20:06 Asia/Baku
  • Məcid Məcidi - İranlı kinorejissor
    Məcid Məcidi - İranlı kinorejissor

Pekin Film Fondnun dəvəti ilə və çinli kinorejissorların iclasında çıxış etmək üçün Çinə səfər edən tanınmış iranlı kinorejissor Məcid Məcidi çinli tələbələr ilə görüşdə öz təcrübələrini onlarla bölüşüb.

Çində səfərdə olan iranlı kinorejissor Məcid Məcidi çinli kinomatoqraflar və tələbələr qarşısında etdiyi çıxışında Pekin və Tehran arasındakı mədəni əlaqələrin İpək Yolu üzərində qurulduğunu deyərək, münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini bildirib.

Məcid Məcidi: “Əgər gələn il bir daha yolum buralara düşərsə, öz təcrübələrimi bölüşmək, ətrafınızda baş verən hadisələrdən necə ilham ala və onları necə maraqlı bir dastana çevirə biləcəyiniz barədə sizinlə söhbət etmək istərdim.”

Məcidi hər il iranda 100-120 min filmin istehsal edilməsini kino sahəsində fəaliyyət göstərmək üçün olan münasib atmosferin nişanəsi adlandırıb.

Məcidinin olduğu mərkəzdə tələbələr rejissorluq ədəbiyyatı, kinomatoqrafiya və film mütaliəsi ixtisasları üzrə təhsil alırlar.

Çinli tələbələrdən biri deyir: “Mən ucqar kəndlərdə İran filmlərini insanlara izlətdiyim zaman, onlarda xoş təəssürat yaranırdı.”

Bir başqa tələbə isə deyir: “İranlılar kino sahəsində də yaxşı istedada malikdirlər.”

Tələbələrdən biri isə belə deyir: “Film çəkməyin öz incəlikləri var və biz bu gün yeni şeylər öyrəndik.”

Çinli tələbələr İranda yazılan kino ssenarilərinin zəngin olduğunu deyiblər:

“Bu İran fimini ilk dəfə təqribən 20 il öncə izlədiyim zaman göz yaşlarımı tuta bilməmişdim. Bu dəfə də həmin hissi yenidən təcrübə etdim. Çox təsirli bir filmdir.”

“Şərqi Asiyada İran filmlərinin tərəfdarı çoxdur.”

“Kino sahəsində İrandan öyrənəcək çox şey var.”

Pekin Film Akademiyası Asiyada ən iri film akademiyasıdır və Çin hökumətinin nəzarəti altında fəaliyyət göstərir.