Noy 13, 2018 16:45 Asia/Baku
  • İranın 26-cı kitab həftəsi ərəfəsində
    İranın 26-cı kitab həftəsi ərəfəsində

İran İslam Respublikasında 26-cı kitab həftəsinin keçirilməsi ərəfəsində bu dövrənin proqramları mərasim üzrə məsul şəxslərin mətbuat konfransında elan olundu.

Bu həftə boyu nəzərdə tutulan müxtəlif tədbirlərdən mütaliə mədəniyyətinə dəyərin verilməsinə və cəmiyyətin kitabla ünsiyyətinə işarə etmək olar və fəal bir cəmiyyətin həyatı və aktivliyi onun ümumi məlumat səviyyəsindən və mədəniyyətindən asılıdır.

Bu dövrənin katibi Niknam Hoseyni belə deyir:

Siyasətin mədəniyyət üzərinə kölgə saldığı bir dünyada bu kimi tədbirlərin keçirilməsi ictimaiyyətin müxtəlif təbəqələrində kitaba və kitaboxumaya həssaslığın yaradılmasına səbəb olacaq. Kitab həftəsinin vəhdət həftəsinə təsadüf etməsi bizim kitabı birlik fəsli hesab etməyimizə səbəb olubdur. Həmçinin bu il bu tədbir İslam İnqilabının qələbəsinin 40 illiyi şənlikləri ilə yanaşı olacaq və biz İran cəmiyyətinin mədəni simasını bu şənliklərdə də nümayiş etdirmək istədik. 60-dan çox təşkilat və orqan kitab həftəsi üzrə icra komitəsində iştirak edir və bu komitə koordinator rolunu oynayır.

Müsahibə: Kaşan şəhərində keçiriləcək kitab həftəsinin bu dövrəsinin açılış mərasimi "Qiraətin xoş təəssüratı" şüarı ilə keçiriləcək.

Kitab həftəsi boyu bu kimi müxtəlif tədbirlər keçiriləcək:

1. İnsan haqları konfransının keçirilməsi;

2. Kitaboxuma təşviqatçılarının dəyərləndirilməsi üzrə beşinci festival;

3. Yenicə çapdan çıxmış kitablara tənqidi baxış;

4. Kitaboxuma müsabiqəsi;

5. Tələbələr arasında ilin kitabı üzrə 25-ci dövrə;

6. Mədəniyyət və incəsənət üzrə ixtisaslaşdırılmış ilk kitabxanın təqdimatı.

Bu arada cizgi filmi və karikatura üzrə ilk milli festivalın keçirilməsi də kitab həftəsinin bu dövrəsinin ən yeni tədbirlərindən olacaqdır.

Müsahibə: "Kitab Evi" müəssisəsi tərəfindən cizgi filmi və karikatura üzrə ilk milli festivalın keçirilməsi barədə çağırış cari ilin iyul-avqust aylarında verildi və mərasimin keçiriləcəyi günədək bütün ölkədən təqribən 184 sənətçi bütövlükdə 394 sənət əsərini müsabiqənin katibliyinə göndərdi. Maraqlı burasıdır ki, iştirakçılar arasında 13 yaşlı yeniyetmədən tutmuş 66 yaşınadək olan sənətçiyə qədər müxtəlif yaş qrupları vardır ki, bu da bu mədəni cərəyanın aktivliyindən xəbər verir.

Qeyd etmək lazımdır ki, İran İslam Respublikasında kitab həftəsi tədbirləri İranın müxtəlif şəhərlərində və xalqın iştirakı ilə keçirilir.