Avq 15, 2019 07:03 Asia/Baku
  • İri polad külçə istehsalı zavodu
    İri polad külçə istehsalı zavodu

İranın cənubunda yerləşən bir zavod dünyanın modern texnologiyasından bəhrələnərək, dünyanın tökmə zavodları ilə rəqabət aparmağa çalışır.

İsti yay günləri, bu günlər keçib getməkdədir, amma bir yer vardır ki, orada isti və hərarətinin ayrı bir hekayəti var. Burda işlə məşğuldurlar.

Kişi: Hava o qədər də isti deyil. Allaha şükr. Çünki əgər desək ki, hava istidir, davam etdirə bilmərik. İşin istiliyi o qədər çoxdur ki, havanın istiliyini hiss etmirik.

Bu ilk poladəritmə zavodu müstəqil və özəl surətdə Şuş sənaye qəsəbəsində fəaliyyət göstərir.

Kişi: Xuzistan vilayətinin dəmir qırıntıları və limanlarda sıradan çıxmış gəmilər ilə bağlı yaxşı potensiala malik olduğuna görə, bu zavodun burada olması lazım idi.

Bu istehsal xətti dünya standartları ilə yaxşı tanışdır.

Kişi: Bu zavodu dünyanın modern texnologiyasından bəhrələnərək, ildə yüz min ton ardıcıl tökmə və 120 nəfər işçi cəzb etməklə istifadəyə verə bildik.

Bu iri zavod polad külçə istehsal etməkdədir və öz məhsullarını seldən zərər çəkmiş məntəqələrə göndərir.

Kişi: Bizim istehsalımız ayda beş-altı min tondur və məqsədimiz, ayda 9 min ton külçə istehsalına nail olmaqdır.

Himayədən söz gedərkən mütləq şəkildə maliyyə himayəsindən söz getmir. Münasib zəminin yaradılmasının özü, yaxşı bir himayədir.

Bu kompleks ildə təqribən yüz min ton polad külçə istehsal edərək, ölkənin müxtəlif nöqtələrinə göndərir.

Teqlər