Sen 15, 2019 21:27 Asia/Baku
  • Kürdüstanda günəş yükləyicisi düzəldilib
    Kürdüstanda günəş yükləyicisi düzəldilib

İranda iki kürdüstanlı gənc akademik təhsil almasa da hətta xarici nümunəsi olmayan bir neçə ixtiranı qeydə aldıra bilibdir.

Həmid Səmədi və Omid Zəndi kimi iki sənəndəcli istedadlı gənc tərəfindən düzəldilmiş günəş yükləyicisi.

Onların özlərinin dediklərinə görə, bu ixtiranın daxili və ya xarici nümunəsi yoxdur.

Müsahibə: Dünyanın ilk günəş yükləyicisini düzətlməyə müvəffəq olduq. Bu yükləyici mal-qaranın saxlanıldığı məkanlar, parklar və dar keçidlərdə yaxşı fəaliyyət göstərə bilər. Bu yükləyici heç bir əlavə səsə və ətraf mühit çirkləndiricisinə səbəb olmur.

Bu yükləyici bir ton ağırlığında yükü qaldırmaq, həmçinin iki ton əmtəə malını çəkmək və bir yerdən başqa bir yerə aparmaq qabiliyyətinə malikdir.

Müsahibə: Günəş enerjisi ilə işləyir. Günəş batareyaları vasitəsilə hərəkət qüvvəsinin ötürülməsini əldə edə bilir.

Bu yükləyicinin düzəldilməsi bir il sürüb və 14 milyon tümənədək xərci olub.

Bu iki sənəndəcli elit, gəlir və öz digər ideyalarını yaratmaq üçün bir emalatxana düzəldibdir.

Müsahibə: Biz günəş “jet-xizək” də düzəldə bilmişik. 12 voltluq dördnəfərlik elektrik yelləncək düzəltmişik və bir elektrik uşaq maşını düzəltmişik ki, üç yaşından altı yaşınadək olan uşaqlar ondan istifadə edə bilərlər. Və bir elektron beşik düzəltmişik.

Və bir çox ideyalar ki, icra olunacağı təqdirdə, digər gənclərin də işlə məşğul olmalarına zəmin yaradacaqdır.

Müsahibə: Düzəldilən hər bir vəsaitin xərci şəxsin öz öhdəsinə düşür. Bu iş/ ixtiralar və ideyalara sərf olunmayacaq əlavə xərclər ehtimalı xətasının sınağına görədir.

Müsahibə: Bu məhsullarımızı iri həcmə çatdıra və bir çox gənc üçün də məşğulluq yarada bilərik.

Oyun şəhərciyinin təchizatları və maşın avadanlıqlarını konstruksiya və istehsal etmək bu yaradıcı iranlı gənclərin arzularındandır.