Okt 17, 2019 17:28 Asia/Baku
  • Banqalorda
    Banqalorda "İmam Hüseyn(ə) günü" konfransı

Hindistanın Banqalor şəhərində "İmam Hüseyn(ə), müqavimət və birlik" adlı dinlərarası konfrans keçirilib.

"İmam Hüseyn(ə) günü" çərçivəsində keçirilən bu mərasimdə müxtəlif dinlər və məzhəblərdən, o cümlədən xristian, hindu, cin, budda, sünni və digər dini cərəyanlardan olan tədqiqatçılar İmam Hüseyn(ə)-ın təfəkkürlərini və o həzrətin qiyamının təsirlərini araşdırıblar.

Bu böyük konfransın nitqləri və məqalələrinin tam mətni müxtəlif dillərdə kitab formasında çap edilərək, bütün dünyada yayılması qərara alınıb.

27 ildən çoxdur ki, Banqalorda "İmam Hüseyn(ə) günü" mərasimi keçirilir.

Altı milyon beş yüz min nəfər əhalisi olan bu şəhər Hindistanın cənubunda yerləşir.