Okt 18, 2019 20:27 Asia/Baku
  • Hava çirklənməsi insan yaddaşını qocaldır
    Hava çirklənməsi insan yaddaşını qocaldır

Tədqiqatçıların sözlərinə görə, daha çirkli bölgələrdə yaşayan şəxslər öz yaddaşlarının ömrünün on ilini itirirlər.

İngiltərədə müxtəlif yaşlarda olan minlərlə nəfər üzərində aparılmış yeni araşdırma göstərir ki, hava çirklənməsi insan yaddaşını on il azaldır.

Bu araşdırma təmiz havada nəfəs alan şəxslərlə çirkli hava şəraitində yaşayan insanlar arasında yaddaş keyfiyyətindəki böyük fərqi üzə çıxarıbdır. Misal üçün, yüksək çirklənməyə malik bölgədə yaşayan əlli yaşlı bir şəxsin yaddaşının fəaliyyəti nisbətən az çirklənməyə malik olan bölgədə yaşayan altmış yaşlı şəxsin fəaliyyətinə bənzəyir.